Uşaqlara vitaminlər verilməlidir? - Pediatr

SAĞLAMLIQ
16:54 / 28.08.2024
300

Bəzi analar uşaq xəstələnəndə, iştahasız və narahat olanda dərhal ona vitamin qəbul etdirirlər. 

Ancaq mütəxəssislər uşaqlara yersiz vitamin verilməsinin düzgün hesab etmir. 

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, uşağa yerli-yersiz vitamin verilməsi düzgün deyil:

“Vitaminlərin çox olması toksik vəziyyətə gətirib çıxara bilər. Normadan artıq vitamin qəbul edilməsi böyrəklər, qaraciyər və digər orqanlarda fəsadlara səbəb olur. Bəzi valideynlər uşaq yemək yemirsə ona vitamin verir, boyu balacadır deyə uşağa başqa vitamin verdirir. Uşaq gün ərzində müxtəlif həblər qəbul edir. Bu cür preparatlar uşaqlarda asılılıq yaradır. Vitamin olmayanda, uşaq yemək yeməyəcək. Həkim məsləhət görmədiyi təqdirdə uşağa vitamin verilməməlidir”.

Sevinc

0