5 yaşına qədər olan uşaqların 45%-də animaniyaya daha çox rast gəlinir.
Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, məktəbyaşlı uşaqlarda da qan azlığı müşahidə edilir. Buna səbəb isə, çox zaman səhər yeməyinin yeyilməməsidir:
“Səhər yeməyi yeyən uşaqlar yeməyən uşaqlarla müqayisədə daha müvəffəqiyyətli olur. Qavrama qabiliyyətləri güclü olur. Qidalanma problemi nəticəsində meydana gələn xəstəliklər daha az müşahidə edilir. Məktəbli uşaqların 25 faizində, məktəbəqədər uşaqların 17 faizində qan azlığı müşahidə edilir. Qan azlığına dəmir qəbulunda çatışmazlıq, dəmir əmilməsindən azalma və qanaxmalar səbəb olur”.
Həkimin sözlərinə görə, qan azlığı olan uşaqlar yaşlarına görə qidalanmalıdırlar. Belə uşaqlara daha çox yaşıl yarpaqlı tərəvəzlər, qırmızı və ağ ət, qaraciyər kimi dəmirlə zəngin qidalar verilməlidir. Portağal, pomidor, limon kimi C vitamini ilə zəngin qidalar da unudulmamalıdır.
Sevinc