Ödəm nədir?

SAĞLAMLIQ
19:57 / 03.09.2024
299

Ödəm çox insanın şikayət etdiyi əsas problemlərdən biridir.

Maraqlıdır, ödəm nədir?

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, ödem qanın maye hissəsinin damar divarından toxumalara sızması nəticəsində yaranan şişkinlikdir.Ödem üzdə,əllərdə,ayaqlarda ola bilər. Yaranma səbəbi isə ağır xəstəliklərdən,düzgün qidalanmamağa qədər çox genişdir: 

“Bəzi qida məhsullarının normadan artıq qəbulu ödəmin yaranmasına səbəb olur. Duz bədəndə ən çox ödəm yaradan amillərdən biridir. Ödəmdən əziyyət çəkənlər ilk növbədə duzu azaltmalı, spirtli içkilərdən uzaq durmalı, hazır şəkildə satılan qidalardan və souslardan istifadə etməməlidirlər. Həkim məsləhəti olmadan ödəm və sidikqovucu dərmanlardan istifadə etmək olmaz. Bunlar təbii mənşəli olsalar belə sağlamlığınız üçün zərərli ola bilərlər”.

Sevinc
 

0