Sağlam qocalıq yaşamaq istəyənlərin nəzərinə

SAĞLAMLIQ
21:15 / 05.09.2024
318

“Fəal həyat tərzi, yaradıcı fəaliyyətlər "gümüş" yaşda, yəni ahıllıq illərində olan insanların fəaliyyətini saxlamaq üçün ən yaxşı mənbədir.

Qocalar həyatın davam etdiyini lazımlı olduqlarını anlayanda canlanırlar. Yetkin uşaqlar valideynlərinə qrup dərslərinin keçirildiyi məşğələlərə qoşulmağa kömək etməlidirlər. Bu yoqa ola bilər, yürüşlər, hər hansı məşğuliyyət dərnəkləri ola bilər”.

Bu fikirləri Hit.az-a psixoloq-sosiloq Nadir Cəfərli səsləndirib.

“Qocaların idrak funksiyalarının - yaddaş, diqqət, qavrayış və zəkanın  itməməsi üçün əqli hesab, intellektual oyunlar  vacibdir. Yaradıcılıq və ya sənət terapiyası insanın psixo-emosional vəziyyəti ilə işləməyi vacib şərtdir. Məsələn, qum üzərində rəsm çəkmək beyni stimullaşdırır və sizi sakitləşdirir, fırçaların su səthinə naxışlar çəkmək üçün istifadə edildiyi Ebru texnikası isə assosiativ düşüncəni məşq etdirir. Hərəkət qabiliyyəti məhdud olan qocalar üçün evdə art-terapiya təşkil etməyə çalışın”, deyə o bildirib.

Murad

0