Xəstələnmək istəyən adamlar - Onlarla necə davranmalı?

SAĞLAMLIQ
22:36 / 06.09.2024
237

“Bəzi insanlar var ki, gecə-gündüz xəstə olduqlarından şübhə edə-edə, həyatı özlərinin də, doğmalarının da burnundan tökürlər. Əslində xəstə olmadıqlarına inanmayan bu adamlar bir növ xəstədirlər. Fiziki yox, psixoloji cəhətdən. Onlar ipoxondriya və ya xəstəlik xəstəliyi kimi də bilinən psixoloji problemdən əziyyət çəkirlər”.

Bu fikirləri Hit.az-a psixoloq Xəyalə Rəcəbli səsləndirib.

“İpoxondriya daimi narahatlıq, xəstə olması inancı şəklində özünü göstərir. Belə insanları ətrafındakılar sağlam olmağa inandıra bilmirlər. Çox zaman onlar xəstə olub diqqət çəkməyi sevir, xəstələnməkləri ilə bir növ öyünürlər. Cəmiyyətdə insanların təxminən 1 faizi xəstəlik xəstəsidirlər. 

"Son zamanlar süni qidaların artması, genetikanın mutasiyalara uğraması və informasiya bolluğu belə insanların sayını da artırıb", deyən həkim bildirib ki, ipoxondriya xəstələrinin iki növü var:

“Birinci qrup tiplər, qulluq axtaran tiplərdir. Dayanmadan həkimə gedir, xəstəlik axtarırlar. İkinci qrup tiplər isə həkimə getməkdən qorxurlar ki, onlarda xəstəlik aşkarlanar. Belə xəstələri psixiatr və ya bir psixoloq yardımı ilə sağaltmaq olar. Xəstəyə yanaşma burada ən mühüm faktordur".

Murad
 

0