Qırmızı kartof faydalıdırmı?

SAĞLAMLIQ
20:39 / 06.09.2024
240

Kartof tək ölkəmizdə deyil, bütün dünyada ən sevilən tərəvəzlərdən biridir.

Tərkibində karbohidratın çox olması səbəbi ilə pəhriz zamanı istifadə edilməsə də sağlamlıq üçün olduqca faydalıdır. 

Kartofun özü ilə yanaşı onun suyunun da bir çox faydaları var.

Ağ, tünd rəng kartofla yanaşı,qırmızı kartofda var.

Hit.az xəbər verir ki,  qırmızı kartof B6 vitamin  mənbəyidir. Bu vitamin uşaqlarda beynin inkişafını stimullaşdırır. Böyüklərdə kartofdan istifadə koqnitiv xüsusiyyətlərin azalma təsiri ilə bağlıdır. Bundan başqa, kartofun tərkibindəki nişasta orqanizmə serotonin, melatonin, noradrenalin kimi yaxşı əhval-ruhiyyə və keyfiyyətli yuxu hormonlarının üzə çıxmasına kömək edir.

Qırmızı kartof kalium ilə zəngin olan kartof kimi ərzaqlar dərinin cavan və təravətli görünüşünün saxlanmasına kömək edir, erkən qırışların əmələ gəlməsinin qarşısını alır. Kalium, həmçinin hüceyrələrin bölünməsini aktivləşdirir ki, bu da dərinin tonusunu və elastikliyini təmin edir.

Sevinc

0