Bu gün əksər qadınlar saç tökülmədən əziyyət çəkir.
Trixoloq, həkim Aynurə Həsənova Hit.az- deyib ki, saç tökülmə müxtəlif səbəblərdən baş verir:
“Stress, yorğunluq, yuxusuzluq, D vitamini çatışmazlığı saç tökülməyə səbəb olur. Orqanizmdə dəmir çatışmazlığı bir çox, məsələn, yorğunluq, halsızlıq, göz qaralması, baş gicəllənməsi, yuxululuq kimi kilinik əlamətlərlə özünü büruzə verir. Amma analiz veriləndə dəmirə baxıldığı üçün cavablar normal həddə olur. Bizi-dermatoloqları isə ferritin, yəni “depo dəmiri”nin miqdarı maraqlandırır. Analiz zamanı qadınlarda ferritin dəyəri 70-dən az olanda bu dəmir əskikliyi kimi dəyərləndirilir. Ferritin azlığı zamanı çox sürətli, güclü tökülmə qeydə alınır. Gün ərzində 250, hətta 500 tükün tökülməsi mümkündür. Təbii ki, belə hallarda saçların tökülməsinin qarşısını almaq üçün çatışmazlığa səbəb olan amil aradan qaldırılmalıdır. Amma bu kimi saç tökülmələrində kompleks müalicə aparmaq lazımdır”.
Sevinc