20 ildə metan emissiyaları kəskin artıb - Alimlərdən xəbərdarlıq

SAĞLAMLIQ
22:15 / 11.09.2024
299

ABŞ, Fransa, Avstraliya və Yaponiyadan olan beynəlxalq alimlər qrupu qlobal istiləşməni sürətləndirən güclü istixana qazı olan metanın qlobal emissiyalarında əhəmiyyətli artım aşkar ediblər. 

HİT.az xəbər verir ki, tədqiqat "Environmental Research Letters" (ERL) elmi jurnalında dərc olunub.

Metan karbon qazı ilə müqayisədə planetin atmosferində istiliyi saxlamaqda 23 dəfə daha effektivdir. Təhlillər göstərib ki, 2020-ci ildə dünya üzrə havaya 608 milyon ton metan buraxılıb ki, bu da 2000-ci illə müqayisədə 12% çoxdur.

Atmosferə daxil olan metanın əsas mənbəyi insan fəaliyyəti olub. 20 il ərzində antropogen emissiyalar 18% artıb. Müqayisə üçün qeyd edək ki, eyni dövrdə təbii qaz emissiyaları cəmi 2% artıb.

Komandanın məlumatına görə, bu gün havada metanın səviyyəsi sənayedən əvvəlki dövrlə müqayisədə 2,6 dəfə çoxdur.

Coğrafi baxımdan insan səbəb olduğu metan emissiyaları Avropadan başqa hər yerdə artır, Asiyada, xüsusən də Çin və Hindistanda ən böyük sıçrayışlar müşahidə olunur.

Araşdırmaya görə, son 20 ildə kömür, neft və qaz hasilatı zamanı metan emissiyaları 33%, poliqonlardan və tullantılardan 20%, kənd təsərrüfatından isə 14% artıb.

Emissiyaların ən böyük insan mənbəyi inək və digər mal-qaradır.

Samir
 

0