Günəbaxan çiçəkləri parlaq və gözəl olduğu qədər orqanizmin fəaliyyəti üçün faydalı maddələr mənbəyidir.
Hit.az xəbər verir ki, günəbaxan tumlarının istifadəsi damarlara müsbət təsir göstərir.
Soyuqdəymə və qrip vaxtı dənələr zərərli mikroorqanizmlər ilə aktiv mübarizə aparır, bakteriyaları orqanizmə sirayət etməyə qoymur, damar divarlarını bərkidir.
Tumların tərkibindəki turşular və zülalın sayəsində hüceyrə membranları qalınlaşır.
İmunitet zəifləyəndə, keçirilmiş xəstəliklərdən sonra və vitamin defisitindən əziyyət çəkən damar divarları olur. Damar divarları kövrək şüşəyə bənzəyir, cüzi toxunuşdan belə sına bilir.
Günəbaxan tumlarının tərkibindəki maddələr damar divarlarını bərkitməklə elastikliyini bərpa edir.
Sevinc