Balığın təzə olduğunu necə bilmək olar?

22:12 / 16.09.2024
248

Balıq və balıq məhsullarının insan orqanizmi üçün nə qədər faydalı olduğu hamıya məlumdur.

Bəs balıq alarkən onun təzə olmasını necə müəyyənləşdirmək olar?

Hit.az xəbər verir ki, balıq alarkən birinci onun iyinə fikir verin. Balığın özünəməxsus spesefik iyi olmalıdır.

Balığın qəlsəmələrinə nəzər salın. Təzə balıqda qəlsəmələrin rəngi qırmızı və ya tünd qırmızı olur.

Köhnə balıqda isə qəlsəmələr tünd boz rəngə çalır.

Balığın təzə olmasını yoxlamaq üçün daha bir üsul. Balığı su ilə dolu bir qaba atın. Əgər balıq batırsa, demək, təzədir.

Təzə balığa barmaqla əl vurduqda, ət əvvəlki vəziyyətini yenidən alır, köhnə balıqda isə barmaq izi qalır.

Sevinc

0