Bu günlərdə Bakıda üzünə dolğu etdirən qadın eybəcər hala düşüb.
Belə ki, kosmetoloq yanına gedən qadın çənəsinə etdirdiyi dolğunun uğursuz alınması səbəbindən hazırda çətin günlər keçirir.
Dolğu prosesinin uğursuz edilməsi nəticəsində qadının çənəsi əyilib.
Qeyd edək ki, bu gün əksər qadınlar gözəl görünmək məqsədilə dolğu prosedurundan istifadə edir.
Ancaq mütəxəssislər dolğu prosedurunun yalnız peşəkarlar tərəfindən edilməsini vacib sayır.
Kosmetoloq Aynurə Həsənova Hit.az-a deyib ki,dolğunun üzə vurulmasından sonra problemin yaranması sırf preparatdan və həkimin peşəkarlığından asılıdır:
“Dolğunun düzgün estetik nahiyəyə yeridilməməsi, koordinatların düzgün tapılmaması bəzi problemlər yarada bilər. Bunlar isə həmin nahiyənin çürüməsinə səbəb ola bilər. Botoksun zərərlərindən biri budur ki, o sinir ucluqlarını nəinki müvəqqəti, hətta daimi iflic edə bilər. Bu, yenə də onun tərkibinin nə dərəcədə təmiz, saf olması ilə bağlıdır. Eyni zamanda botoksların zərəri, ziyanı onu hazırlayan mütəxəssislərin hazırlıq səviyyəsindən də asılıdır. Əgər dozası düzgün qaydada vurulmazsa, yəni həddən artıq çox vurularsa, həmin nahiyələrin neykrozlaşmasına gətirib çıxara bilir, bu zaman dəri çürüməyə başlayır”.
Sevinc