Kimlərə zəli qoymaq olar?

SAĞLAMLIQ
18:38 / 18.09.2024
286

Bu gün sağlamlığında problem yaşayan insanlarln bir qismi zəlidən  istifadə edir.

Qeyd edək ki, zəli uzun illərdir təbliğ olunur, istifadə olunur. Ancaq həkimlər hər şəxsə zəli qoymağın uyğun olmadığını deyir. 

Həkim Sona Məmmədova Hit.az-a deyib ki, zəli insan orqanizmi üçün çox faydalıdır: 

“Özbaşına qoydurmaq fəsadlar törədə bilər. Məsələn, bəzi pasiyentlər tromblarda istədikləri ağrı olan nahiyəyə zəli qoyurlar, amma düşünmürlər ki, digər yerlərdəki tromblar qopub gedib, fəsad verə bilər. Ən azından şəkər, laxtalanma və qanın ümumi analizi mütləq verilməlidir ki, biz bilək bu xəstəyə zəli qoymaq olar, ya olmaz. Çünki elə xəstəlik ortaya çıxa bilər ki, həmin xəstəyə zəli qoymaq düzgün olmaz. Bu zaman xəstə aidiyyəti üzrə mütəxəssisə yönləndirilməlidir ki, xəstəliyi ilə bağlı rəy versin.Bədxassəli şişlərdə, şəkərli diabet olan insanlara da zəli qoymaq olmaz".

Sevinc

0