Payız fəsli ilk qədəmlərini qoyar-qoymaz təxminən 5 nəfərdən birində depressiyaya, özünə qapanma və ya müəyyən psixoloji hallar yaşanır.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, payız mövsümündə insanlar daha çox depressiyaya düşür:
“Payız fəslində insanların orqanizmində vitamin çatışmamazlığı yaranır. İmmun sistemindəki çatışmazlıq da depressiyaya səbəb olur. Ümumiyyətlə, fəsil dəyişəndə həssas insanlarda depressiv simptomlar daha çox özünü göstərir. Payızda isə bu hal
birə -beş artır”.
Psixoloq payız depressiyasının əlamətləri də sadalayıb:
“Səhər yuxudan oyanmaqda çətinlik çəkir, əzginlik hiss edir. Həddən artıq yatmaq istəyi yaranır. Ümumi yorğunluq. Fikrini bir yerə cəmləyə bilməmək. İşləyirsə, işə adaptasiya oluna bilməmək problemi, işə getməmək istəkləri müşahidə olunur. Hər şeyə maraq itir. Hətta dost və yaxınlardan uzaqlaşmağa, az ünsiyyətdə olmağa, özünə qapanmağa başlayır. Tez-tez özündən çıxmaq, enerji azalması əlamətləri müşahidə edilir.
Ancaq onu da deyim ki, payızdakı depressiyalar mövsümi olduğu üçün keçicidir. Uzun müddətli qalmır”.
Sevinc