Göz səyriməsinə nə səbəb olur?

SAĞLAMLIQ
21:28 / 23.09.2024
209

El arasında bir adət var ki, gözü səyriyən adamlar qırmızı ipi düyünləyib,  göz qapağı üstünə qoyarlar və deyərlər : "Mən səni sevindirdim, sən də məni sevindir".

Beləliklə də xoş xəbər alacaqlarına inanarlar.

Bəs əslində tibb elmi göz səyriməsini necə necə adlandırır?

Psixoloq Vəfa Nəcəfova Hit.az-a bildirib ki, bu halın tibbi adı miokimiyadır.

“Çoxlu kofein içən insanlarda sıx görülür. Əsəb gərginliyi əzələlərin boşalmasına səbəb olur.
Yuxusuzluqdan,  stressdən əziyyət çəkən adamlarda daha çox miokimiya olur. Stress əsasən üz və baş  əzələlərinə, sinirlərinə təsir edir. Buna görə stressli insanların üzlərində ödəm toplanır, yaşlı görünürlər. Bir gecədə stressdən başı ağaran insanlar barədə də eşitmisiniz yəqin ki. Göz səyriməsini aradan qaldırmaq üçün kofe qəbulunu azaldın, çox yatın və fikrinizi dağıtmağa çalışın. Bu hal öz-özünə keçib gedəcək".

Murad

0