Bu gün bəzi insanlar hazır şorbalardan istifadəyə üstünlük verir. Lakin mütəxəssislər israrla hazır şorbalardan istifadəni məsləhət bilmir.
Dietoloq Leyla Sarıyeva Hit.az-a açıqlamasında bildirib ki, tez hazırlanan şorbaların tərkibində sağlamlıq üçün daha ciddi fəsadlar yaradan palma yağından istifadə olunur. Bunlar isə insan orqanizmində çox gec həll olur və fəsadlar yarada bilər:
“Hazır şorbaların istifadəsi xüsusilə soyuqdəymə zamanı bədəndəki iltihabi prosesləri sürətləndirərək ağırlaşdırır, immuniteti aşağı salır. Bu tip qidalar həzm sisteminin pozulmasına təsir edir. istehlakçılar çalışmalıdır ki, hazır qidalardan uzaq olsun”.
Sevinc