Ana südünü artıran və azaldan qidalar

SAĞLAMLIQ
21:38 / 24.09.2024
227

Yenidoğulmuşlar və körpələr üçün ən yaxşı qida ana südüdür.

Lakin bəzi analar ana südünün yetərli səviyyədə olmadığını iddia edir.

Pediatr Mətanət Əliyeva Hit.az-a səthində deyir ki, ana südünü artırmaq üçün ana ilk olaraq, stresdən uzaq olmalı, gündəlik yuxu rejiminə riayət etməli, həyəcan keçirməməlidir: 

"Gün ərzində 3-3.5 litr maye qəbul edilməlidir. Bunun ən azı 2.5 litrini su, qalan hissəsini isə şəkərsiz bitki çayları təşkil etməlidir. Razyana - süd artırmaqla bərabər körpələrdə infantil koliklərdə də yardımçı vasitə kimi istifadə olunur. Həmçinin, paxlalı bitkilər, balıq, qatıq, badam aba südünü artırır. Ancaq analar cəfəri, siqaret və spirtli içkilər, yarpız və nanədən uzaq durmalıdırlar. Çünki bu qidalar ana südünü azaldır".

Sevinc

0