Körpələrin dəri bişməcəsindən əziyyət çəkməsinin səbəbi, nəm salfetlərdir

SAĞLAMLIQ
22:58 / 24.09.2024
214

Gündəlik yaşam zamanı insanı bir çox narahat vəziyyətlərdən çıxaran salfetlər, demək olar ki, hər kəsin çantasında mövcuddur. 

Müxtəlif formalı, qoxulu, dizaynlı olan bu salfetlərə tələbat o qədər artıb ki, istehsalçı firmalar bunu növlərə ayırmağa başlayır: körpə salfeti, yeniyetmə salfeti, gündəlik alkoqollu salfet, alkoqolsuz salfet, qoxulu, sərinləşdirici, əsəb sakitləşdirici və s. 

Dermatoloq Nərmin Əliyeva Hit.az-a deyib ki, körpə uşaqların təmizlənməsində nəm salfetlərdən istifadə edilməməlidir:

 “Körpələrin dəri bişməcəsindən əziyyət çəkməsinin ilkin səbəbi də elə bu nəm salfetlərdir. Hətta valideynin bu salfetlərlə əllərini silib, körpəsinə toxunması belə körpə sağlamlığı üçün təhlükəlidir. İstər böyüklər, istərsə də uşaqlar üçün istehsal olunan nəm salfetlər olduqca çoxlu kimyəvi maddə saxlayırlar. Körpələrin təmizliyində nəm salfetlərdən istifadə edilməməlidir. Uşaqların təmizliyi üçün yaş salfetlər əvəzinə, islanmış pambıqdan istifadə edilməlidir”. 

Sevinc

0