Soyuq havada dondurma yemək olar? - Ekspertdən AÇIQLAMA

11:12 / 26.09.2024
364

"Dondurma ilə bağlı istehlakçılara hansısa qadağa qoymaq olmaz". 

Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, dondurma hər mövsümdə yeyilə bilər:

"Bəzi insanlar havanın isti, soyuq və hətta şaxtalı olmasından asılı olmayaraq dondurmadan istifadə edə bilərlər. Burada hansısa qadağa və səhv yoxdur". 

Ekspert qeyd edib ki, istehlak edəcəyimiz dondurmaya fikir verməliyik:

"Dondurmanın istifadə müddəti və ya tərkibi haqqında paketində məlumat olmalıdır. Ümumiyyətlə, dondurmanın tərkibində insan sağlamlığı üçün faydalı bir çox maddə var. Həmçinin, vitaminlərlə də zəngindir. Ona görə də yararlılıq müddəti üzərində göstərilən və mənşəyi məlum olan dondurmalardan istifadə olunmalıdır". 

358858

Mütəxəssisin sözlərinə görə, dondurma soyuq havada belə istehlak oluna bilər:

"Üstəlik, soyuq havada qəbul olunan dondurma insan sağlamlığı üçün hər hansısa fəsad törədə bilməz. Nəzərə almaq lazımdır ki, burunda və boğazda müxtəlif cərrahiyyə əməliyyatları apardıqdan sonra həkimlər xəstələrə dondurmadan istifadə etməyi məsləhət görürlər. 

Əks təqdirdə, bunu etməzdilər. Amma dondurma boğazda müxtəlif bakteriyaların yaranmasının qarşısını alır. Ona görə də soyuq və ya şaxtalı havada dondurma yemək insan sağlamlığına ziyanlı deyil. Hətta bəlkə də immuniteti gücləndirə bilər. Yəni hər hansısa bir maneə yoxdur. Önəmli olan faydalı və tərkibi məlum olan dondurmaları istehlak etməkdir. Onun istehlak olunduğu hava şəraiti isə burada hansısa formada rol oynamır".

Pərviz

0