Mədə qıcqırması zamanı sodadan istifadə etməyin - Həkim məsləhəti

SAĞLAMLIQ
15:30 / 27.09.2024
48

“Mədə yanması və ya qıcqırmanı soda ilə müalicə etmək təhlükəlidir, onu əvəz dəcək təbii maddələr var”.

Bu fikirləri Hit.az-a qastroenteroloq Südabə Gəraylı səsləndirib.

Həkim qeyd edib ki, bəzən yemək borusu sfinkteri zəifləyir. Bu, həddindən artıq yemək, yağlı, ədviyyatlı, turş və ya hisə verilmiş qidaların sui-istifadəsi, həmçinin spirt, qəhvə, siqaret, müəyyən dərmanların qəbulu, stress və artıq çəki səbəbindən baş verə bilər. Bu vəziyyətdə mədə turşusu qida borusuna qalxır və mədə yanması, qıcqırma müşahidə olunur.

“Mədə yanması zamanı o, turşunu zərərsizləşdirmək üçün bir neçə qurtum aşağı qələvi dərəcəsinə malik mineral su içməyi tövsiyə edirəm. Həmçinin, çobanyastığı dəmləməsi də yaxşı nəticə verir. Özünüzü pis hiss etdikdən bir gün sonra yağlı ət, hisə verilmiş qidalar, turş və ədviyyatlı yeməklər, qəhvə, spirt, şokolad yemək tövsiyə olunmur”, deyə o bildirib.

Murad

0