Diş məcunlarının bir-birindən fərqi varmı?

SAĞLAMLIQ
22:35 / 27.09.2024
35

“Bir çox insanlar səhər yeməyindən əvvəl dişlərini fırçalamağa vərdiş ediblər. Ancaq yeməkdən sonra yemək dişlər arasında qala bilər və bakteriyalar üçün əlverişli mühit yaradır. Ona görə də yeməkdən sonra dişlərinizi fırçalamaq daha yaxşıdır”.

Bu fikirləri Hit.az-a stomotoloq Hümbət Mirzəyev səsləndirib:

“Yatmazdan əvvəl dişləri fırçalamaq vacibdir. Diş arasındakı ən xırda qalıq bakteriyaların yaranmasına və kariyesə səbəb olur. Dişləri çox sərt fırçalamaq, sərt fırçadan istifadə düzgün deyil. Diş ətləri zədələnir.Yalnız fırçalamaqla iş bitmiş sayılmır. Bütün ağız boşluğunu duzlu, sodalı su və ya pereksli məhlulla qarqara eləmək lazımdır. Bir fırçanı 2-3 aydan artıq işlətmək olmaz” -deyə həkim bildirib. 

O, həmçinin diş pastalarının müxtəlif tərkibə malik olduğunu, hər birinin diş və diş ətinin vəziyyətinə fərqli təsir göstərdiyini xatırladıb:
 
“Buna görə də onların seçiminə düzgün yanaşmaq lazımdır. Xüsusilə, ağardıcı pastalardan çox istifadə etməməlisiniz. Çünki, bu, dişlərin həssaslığını artıra və kalsium hidroksiapatit strukturunun pozulmasına səbəb ola bilər”.

Murad

0