Koronavirus böyrək funksiyasını kəskin şəkildə pozurmuş

SAĞLAMLIQ
18:38 / 30.09.2024
176

Siçuan Universitetinin Qərbi Çin Xəstəxanasının alimləri müəyyən ediblər ki, orta və ağır dərəcəli COVID-19 olan xəstələrdə böyrək funksiyasının kəskin pisləşməsi riski əhəmiyyətli dərəcədə artıb.

Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Health Data Science" (HDS) jurnalında dərc olunub.

COVID-19-un kəskin böyrək xəstəliyi ilə necə əlaqəli olduğunu öyrənmək üçün Çin alimləri "UK Biobank" tərəfindən təqdim edilən könüllülərin tibbi məlumatlarını təhlil ediblər. Tədqiqatda 10 minə yaxın COVID-19 xəstəsi və 29 min sağlam insan nəzarət qrupunda birləşdirilib. Bütün subyektlər oxşar xüsusiyyətlərə malik olub - yaş, cins, həyat səviyyəsi və xəstəxanaya yerləşdirmə statusu.

Təhlillərin nəticələri göstərib ki, ağır COVID-19 keçirmiş insanlar böyrək funksiyasının kəskin şəkildə pisləşməsinə həssasdırlar. Böyrək ağırlaşmalarının inkişafının ən böyük ehtimalı infeksiyadan sonra ikinci həftədə baş verir və dördüncü həftədə, əksinə, azalır.

Elm adamları bu əlaqənin əsasında hansı mexanizmlərin dayandığını hələ izah edə bilmirlər. Əlavə tədqiqatlar vasitəsilə daha dəqiq səbəb-nəticə əlaqələri qurmaq olar. Elmi işin müəllifləri COVID-19-un Şərqi Asiya əhalisinin kəskin böyrək çatışmazlığı riskinə təsirini öyrənməyə davam etməyi planlaşdırırlar.

Samir

0