Sağlam olmaq üçün balqabaq tumu yeyilməlidir

SAĞLAMLIQ
23:41 / 02.10.2024
42

Araşdırmalar zamanı müəyyən edilib ki, balqabaq tumları ən faydalı toxumlardır.

Mütəxəssislər bildirir ki, hər gün balqabaq tumu yeyildikdə orqanizmdə baş verəcək müsbət dəyişikliklər baş verir. 

Dietoloq Leyla Sarıyeva Hit.az deyib ki, balqabaq tumu bağırsaqları təmizləyir, nəcisi normallaşdırır, metobolizmi sürətləndirir:

“Balqabaq tumu zülalla zəngin olduğu üçün əzələ kütləsini artırır. Bu qida yorğunluq, əsəb, gərginliyi azaldır, yuxunu tənzimləyir. Həmçinin, balqabaq immuniteti möhkəmləndirir, təbii immun modulyatordur. Həmçinin, ürək əzələsini də qüvvətləndirir, ritmi düzəldir”.

Sevinc

0