Şam qozası bəhməzinin faydaları

SAĞLAMLIQ
18:51 / 04.10.2024
41

Hit.az “Şəfalı bitkilər” rubrikasına davam edir.

Əslində bəzək bitkisi bildiyimiz şam ağacı qozalarının faydalarından danışacağıq.

Hit.az-a açıqlama verən fitoterapevt Yasəmən Əliyeva bildirib ki, təzə şam qozaları astma, bronxit, soyuqdəymə, oynaq xəstəliklərinə yaxşı təsir göstərir:

“Şam qozalarından ruslar dadlı mürəbbə bişirir və bunu soyuqdəyməyə qarşçı vasitə kimi istifadə edirlər.  Qozalar dəmləmə şəklində də istifadə olunur. Şam qozasındakı fitonsidlər iltihab və mikrob əleyhinə  işləyir,  immun sistemini gücləndirir.  Həmçinin qozalardakı "tanin" maddələri beyin hüceyrələrinin ölməsini ləngidir, insultun qarşısını alır".
 
Şam qozasından bəhməz də hazırlanır. Onu belə hazırlaya bilərsiniz: Qozaların  üzərinə qaynar su tökülür və 10 saat saxlanılır. Sonra qaynadılır, yenə 10 saat soyudulur. Bu proses 3 dəfə təkrarlanır. Sonra bu suya  kiloya kilo şəkər qatıb bəhməz hazırlayın. Onu gündə 2 qaşıqdan çox istifadə etmək olmaz. Çünki o, artq dərman maddəsi sayılır.

Murad

0