Çörəklə bağlı xoşagəlməz hallar müşahidə edilməkdədir

SAĞLAMLIQ
21:55 / 04.10.2024
255

Əsasən pəhriz saxlayanlar və şəkər xəstələri daha çox qara çörək istehlak edir. Zamanla bu çörəklərin tərkibinə hansısa zərərli kimyəvi məhsulların əlavə edilməsi kimi məlumatlar yayılır. 

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, çörək bağlı xoşagəlməz hallar hələ də müşahidə edilməkdədir: 

“Ən yaxşı çörək tam taxıl unundan hazırlanmış kəpəkli çörəkdir. Başqa cür desək, bu sahədə qızıl standart - nənə-babalarımızın tarlada əkdiyi, dəyirmanda üyütdüyü taxıldan hazırlanmış çörəkdir. Unun ağardılması, qara çörəyə kakao, rənq qatılır, yapışqanlılığının artırılması, ondan hazırlanan çörəyin gec boyatlaması və s. məqsədlər üçün tərkibinə müxtəlif kimyəvi qatqılar vurulur. Buraya Vitamin C, dəmir mineralı, xörək duzu kimi təhlükəli olmayan və ya faydalı qatqılarla yanaşı insan orqanizminə təhlükə yaradan qatqılar da daxildir. Kütləvi hazırlanan un məmulatları, o cümlədən çörəyin tərkibində nə varsa, xalqa tam açıqlanmalıdır. Qoy insanlar özləri seçsinlər ki, onlar hansı məhsullara üstünlük verirlər”.

Sevinc

0