Hit.az “Şəfalı bitkilər” rubrikasında rozmarin (bibəriyə otu) haqqında məlumat verir:
“Rozmarinin (bibəriyə otu) illərdi bütün həkimlər tərəfindən faydaları barədə təriflənən bitkidir. Amma son zamanlar bu bitki sosial şəbəkələrdə paylaşılandan sonra daha da məşhurlaşdı”.
Bu sözləri türkə çarəçi Seymur Maqsudov Hit.az-a bildirib.
O qeyd edib ki, bibəriyənin faydaları saymaqla tükənməz:
“Öncə qeyd edim ki, bibəriyə güclü iltihab əleyhinə faydalıdır. Ona görə revmatik ağrılar zamanı istifadə edilir. İmmun sistemini gücləndirir ki, həftədə 1-2 dəfə çayını içmək tövsiyə olunur. Xüsusən, son zamanlar “TikTok”da bibəriyənin saça faydaları barədə məlumatlar paylaşılır. Rozmarin saç dibini gücləndirir, saç tökülməsinin qarşısını alır, yeni saçların çıxmasını sürətləndirir. Bunun istifadəsi isə 1-2 qaşıq rozmarin və 1-2 stəkan suda dəmlənir. Gündə 1 dəfə saç diblərinə vururlur. Qeyd edim ki, bibəriyə həm də yuxusuzluq problemləri olan insanlara çox yaxşı təsir edir”.
Murad