Yatmadan nə qədər əvvəl yemək olar? - Mütəxəssis AÇIQLADI

SAĞLAMLIQ
10:17 / 10.10.2024
324

"Səhər yuxudan oyanandan sonra sağlam qidalar yemək lazımdır".

Bu sözləri qida məsələləri üzrə ekspert Ağa Salamov Hit.az-a açıqlamasında deyib.

O, səhər yeməyində hansı qidaları qəbul etməyin faydalı olduğundan danışıb:

"Səhər yeməyində kərə yağı, yumurta, zeytun, zeytun yağı, pomidor və xiyar kimi təamlardan istifadə etmək olar. Həmçinin, ağartı məhsullarını da həkim məsləhət bildiyi insanlar yeyə bilər. Səhər yeməyində bu qidaların yeyilməsi gün ərzində adamı tox tutur".

Ekspert günorta və axşam yeməyi barədə də danışıb:

"Günorta balıq, ət və ya toyuq yemək olar. Ümumiyyətlə, yedimiyiz qidalar orqanik və mövsümü olmalıdır. Sağlam qidalanma üçün mövsümü tərəvəzlər və onlardan hazırlanan salatlar da yeməliyik. Axşam yeməyində isə qida rasionuna balığı əlavə etmək yaxşı olar". 

359870
 
Mütəxəssisin sözlərinə görə, yatmadan əvvəl qida qəbul etmək olmaz:

"Axşam yeməyini yatmamışdan 4 saat əvvələ salmaq lazımdır. Yatanda mədənin qidaları həzm etməməsi və rahat yatması üçün buna diqqət olunmalıdır". 

Ağa Salamov yemək zamanı su və təbii şirələr içməyi məsləhət görüb:

"Yemək zamanı saf sular içilməlidir. Həmçinin, mövsümü meyvə-tərəvəzlərin təbii şirəsini də içmək olar. Lakin rəngli və qazlı içkilərdən uzaq durmaq lazımdır". 

Pərviz

0