Onkoloq: "Xərçəngdən qorunmaq üçün spirt və şəkərdən imtina etməlisiniz"

SAĞLAMLIQ
22:34 / 10.10.2024
235

Alkoqol, qırmızı və işlənmiş ət, şəkər və şəkərli içkilərdən uzaq durmaq xərçəng riskini azaldır. 

HİT.az xəbər verir ki, bu barədə "Daily Mail"ə ABŞ-dan olan onkoloq, tibb elmləri doktoru Nikol Endryu məlumat verib.

Həkimin fikrincə, qırmızı şərab da daxil olmaqla bütün növ spirt altı müxtəlif növ xərçəng riskini artırır. Bu təsir tərkibində etanolun olması ilə əlaqədardır. Alkoqollu içkilər qadınlar üçün xüsusilə təhlükəlidir - etanol qadın hormonlarına təsir edir, hüceyrə bölünməsini stimullaşdırır və döş xərçəngi ehtimalını artırır.

Çox işlənmiş ət və qırmızı ət yemək bağırsaq xərçənginin inkişafı üçün məlum risk faktorudur. Bu qidaların hazırlanmasında istifadə edilən kimyəvi maddələr olan nitratlar və nitritlər bağırsaq hüceyrələrinə zərər verə bilər, bu da xərçəngdən əvvəlki dəyişikliklərə səbəb olur.

Endryu əlavə edib ki, xərçəngin qarşısını almaq üçün şəkər və şirin içkilərdən sui-istifadə etməməlisiniz. Şəkər birbaşa xərçəng riskini artırmasa da, kilo almağa kömək edir. Bədəndə həddindən artıq yağ toxuması 13 növ xərçəngin ümumi səbəbidir. Həkim qeyd edib ki, sağlamlığı qorumaq üçün şirin içkiləri süni şirinləşdirilmiş içkilərlə əvəz etmək olar.

Samir
 

0