Ananas uşaqların da, böyüklərin də çox sevdiyi tropik meyvədir.
Bu meyvə dadlı olmaqla yanaşı, həm də sağlıqlıdır.
Dietoloq Leyla Sarıyeva Hit.az-a xəbər verir ki, ananasın yüksək su tərkibi bədənin nəm balansını qoruyur və toksinləri çıxarır:
“Gündə 1 dilim ananas qəbul edən insanlarda heç vaxt ödem, şişkinlik olmur. Ananas xərçəng kimi xəstəliklərlə mübarizə aparır. Tərkibindəki lif sayəsində bağırsaq sağlamlığını dəstəkləyir və udulmasını artırır. Bundan əlavə, xolesterolu tənzimləyir, dəri xəstəliklərindən qoruyur və sümük sağlamlığını gücləndirir. Arıqlamağa kömək edən ananas daha sürətli kalori yandırır və tərkibindəki lif, minerallar ilə yığılan sağlıqsız toksinlərin bədəndən atılmasını asanlaşdırır. Bu meyvə immun sisteminə də çox müsbət təsir edir. Soyuq fəsillərdə orqanizmin infeksiyalara və viruslara olan davamlılığını artırmaq üçün tez-tez ananas yeyilsə daha yaxşı olar”.
Sevinc