Hamımız ömrümüzdə ən az bir dəfə də olsa quluncumuzu qırmışıq.
Heç düşünmüsüz ki, qulunc nədir, necə yaranır?!
“El arasında qulunc deyilən bu hal skelet əzələlərində baş verən iltihab prosesidir”.
Bu sözləri Hit.az-a açıqlamasında fitoterapevt Elnur Eldaroğlu deyib.
Onun sözlərinə görə, quluncda bir və ya bir neçə əzələ qrupu iştirak edir:
“Qulunc elmi dildə miozit adlanır. Bir çox nahiyədə hiss oluna bilər. Amma ən çox kürək, bel və onurğa nahiyələrində daha çox rast gəlinir. Bunun yaranma səbəbi soyuqlama və uzun müddət bir vəziyyətdə qalmaqdır. Daha çox oturaq işdə olan işçilərdə bu müşahidə edilir. Miozit iki formada olur: kəskin və xroniki. Kəskin miozit əsasən soyuqdəymə, travma səbəbindən bir müddətlik yaranır. Xroniki miozit isə kəskin miozit düzgün müalicə aparılmadıqda özünü göstərir. Bu cür ağrıların yaranmaması üçün yüngül fiziki hərəkətlər etmək, günaşırı soyuq duş qəbul etmək və özünü soyuq hava kütlələrindən qorumaq lazımdır”.
Murad