Dərmanların keyfiyyətinin aşağı olmasının səbəbi

SAĞLAMLIQ
21:10 / 11.10.2024
219

Müxtəlif zamanlarda ölkəmizdə satılan dərmanların  keyfiyyətinin aşağı olması barədə informasiyalar yayılır.

Əsas səbəb kimi də dərmanların müalicə zamanı təsirsiz olması göstərilir.

Professor Adil Qeybulla Hit.az-a deyib ki, Azərbaycanda satılan elə dərmanlar var ki, heç istehsal edildiyi ölkə də o dərmanı tanımır: 

“Bu iş tamamilə kökündən dəyişməlidir. Dərmanları ayrı-ayrı firmaların ixtiyarına buraxmaq olmaz. Dərmanları istehsal edən firma ilə Azərbaycan dövləti arasında müqavilə olmalıdır. Dərman təhlükəsizliyi konsepsiyası da milli təhlükəsizlik konsepsiyasının bir hissəsi olmalıdır. Bu cür yanaşmalar təbii ki, dərman bazarının qaydaya düşməsinə səbəb olar”.

Sevinc

0