Dönərdən zəhərlənməyə səbəb - ətin dondurucuda …

SAĞLAMLIQ
15:44 / 11.10.2024
234

Son zamanlar dönərdən zəhərlənmə hallarının artmasını müşahidə edirik.

Maraqlıdır, dönərdən niyə zəhərlənirik?

Hansı texnoloji əmələ düzgün əməl edilmir ki, zəhərlənmə hadisəsi baş verir? 

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, zəhərlənmələrin əsas səbəbi dönər ətlərinin dəfələrlə dondurulmasıdır:

 “Saatlarla əti qoyurlar ki, donu açılsın və müəyyən qismi şişə taxılır. Əti şişə taxan zaman da çox vaxt itirilir ki, bu da kobud səhvdir. Bəzən ət uzun müddət dondurucuda qalır və dönərxana da onu alır. Eyni zamanda, dönərxanalarda mayonez məhsulları günəşin altında, otaq temperaturunda, saatlarla istifadə olunur. Buna görə mayonez də zəhərlənməyə səbəb ola bilər.  Dönərə əlavə edilən inqrediyentlər normal halda zəhərlənmə verməməlidir. Bunun da əsas səbəbi saxlanma şərtləri ilə bağlıdır. Ət. eləcə də inqrediyentlər saxlanarkən tərkib dəyişkənliyinə məruz qalır və əmələ gələn "toksin" birləşmələr qida zəhərlənməsi yaradır".

Sevinc

0