Darçınlı qəhvə arıqlamağa kömək edirmi? - Dietoloq

SAĞLAMLIQ
21:43 / 11.10.2024
245

Qəhvəyə darçın əlavə etmək qan şəkərini bir qədər aşağı sala və aclığı cilovlaya bilər, lakin arıqlamağınıza kömək etməyəcək. 

HİT.az xəbər verir ki, bu barədə Cənubi Avstraliya Universitetinin praktiki dietoloqu Evangeline Mantzioris "The Conversation"a danışıb.

Həkimin sözlərinə görə, darçının arıqlamağı sürətləndirmək qabiliyyəti bir çox araşdırmada qiymətləndirilib. Onlardan biri göstərib ki, gündə 1,5 qram darçın qəbul etmək (yarım çay qaşığının tərkibində olan miqdar) bir neçə ay ərzində bel çevrəsini 1,68 sm azaldır.

1480 nəfərin iştirak etdiyi 21 klinik tədqiqatın başqa bir meta-analizi göstərib ki, darçın bədən kütləsi indeksini də azaldır, bədəndəki yağın əzələ kütləsinə nisbətinə təsir etmir. Dietoloq əlavə edib ki, ümumilikdə bu yüksək keyfiyyətli tədqiqatlarda iştirakçılarda müşahidə edilən çəki itkisi çox az olub.

Mantzioris qeyd edib ki, darçın qanda olan qlükozanın (şəkərin) orqanizmin hüceyrələrinə daha tez daxil olmasına şərait yaradır. Bu, insulin hormonunun effektivliyini artırmağa kömək edir, bu da öz növbəsində yağların parçalanmasını bir qədər sürətləndirir və aclığı azaldır. Bununla belə, ədviyyat birbaşa yağ yandırmasını sürətləndirmir.

Dietoloq əlavə edib ki, darçın qəhvə ilə birləşdirildikdə, arıqlama sonuncunun təsiri ilə bağlı ola bilər. Ancaq bunu təsdiqləyən heç bir tutarlı dəlil hələ tapılmayıb.

Samir

0