Zəkkum çiçəyinin zərərləri nələrdir?

23:36 / 11.10.2024
253

Hit.az “Şəfalı bitkilər”  rubrikasında zəkkum çiçəyi haqqında məlumat verir.

“Zəkkum çiçəyi dünya üzrə 7 ən ölümcül bitkilər siyahısına daxil edilib”.

Bu sözləri türkə çarəçi Seymur Maqsudov Hit.az-a bildirib.

O qeyd edib ki, bu bitki gözəl çiçəkləri ilə tanınsa da, ölümcüldür:

“Deyim ki, zəkkum çiçəyinin tək ləçəkləri yox, bütün hər yeri ölümə səbəb ola bilər. Çünki zəkkum çiçəyi oleandrin və nerrin kimi tanınan ölümcül ürək qlikozitləri ehtiva edir. Bu bitkini qəbul etdikdən sonra bir neçə simptomları ortaya çıxır. Bu ishal, normal olmayan ürək döyüntüsü, koma, sudurğa aiddir. Ən pis halda isə ölümə səbəb ola bilər. Qeyd edim ki, hətta yarpaqları ilə təmasdan olan şəxs dəri xəstəliyi də tapa bilər”.

Murad
 

0