Bizim niyə əllərimiz şaqqıldayır? - Həkim məşhur sözü açıqladı

SAĞLAMLIQ
21:37 / 15.10.2024
169

“Barmaqlarını şaqqıldatma, əlin əsəcək!” - yəqin ki, bir çoxunuz barmağınızı şaqqıldadan zaman kimdənsə bu sözü eşitmisiniz. 

Maraqlıdır, bu səs nədən gəlir? Hər hansı bir ziyanı varmı? Şaqqıldayan nədir?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən revmatoloq Ceyhunə İsmayılova bildirib:

“Barmaqlarımızı qıran zaman şaqqıltı səsi gəlir. Bu bizim oynaqlarımızın arasında olan sinovial maddədir. Bu sinovial maddənin daxilində çoxlu sayılı qabarcıqlar var. Və biz barmaqlarımızı şaqqıldadanda bu baloncuqlar partlayır. Və nəticədə bizim şaqqıltı dediyimiz səs əmələ gəlir:

“Bunun hər hansı bir ziyanı varmı?” sualına gəlsək, bunun heç bir ziyanının olmadığını deyərəm. Barmaqdan gələn şaqqıltı səsinin sağlıqla bağlı heç bir ziyanı yoxdur. Əlləriniz qocalanda əsməyəcək. Bunun elmi sübutu da var. Belə ki, Donald Unger adlı həkim 60 ildən çox sağ əlini şaqqıldadıb. Sol əlinə isə dəyməyib. 60 ildən sonra iki əli arasında heç bir fərq olmayıb”. 

Həkimin sözlərinə görə, barmaqları şaqqıldatmaq nə dərəcədə ziyan deyilsə, boyunu şaqqıldatmaq bir o qədər ziyandır:

“Bəli, barmaqlarını qırsanız, əlləriniz əsməyəcək. Amma boynunuzu şaqqıldatmağın çox ciddi fəsadları ola bilər. Çünki bunu etdiyin zaman sənə qəfildən boynunda olan fəqərələrə çox ciddi ziyan vura bilərsən. Onlar yerindən çıxa bilər”.

Murad
 

0