Saç insanlarda imic yaradan və gözəl göstərən əsas amildir.
Saç tökülməsi qadınlarla yanaşı, kişilərində böyük problemidir.
Saç tökülməsindən əziyyət çəkən kişilərin bir qismi bu problemi həll etmək üçün saç əkiminə üstünlük verir.
Trixoloq həkim Aynurə Həsənova Hit.az-a açıqlamasında bildirib ki, kişilərdə saçın tökülməsi çox vaxt alının kənarları və təpə nahiyəsindən başlayaraq qulağın arxalarına qədər irəliləyə bilər. Bunun isə bir çox səbəbi var:
“Əksər hallarda dazlaşma irsi xarakter daşıyır. Saçların güclü tökülməsi kişi cinsi hormonlarının - antrogenlərin miqdarının artması ilə əlaqədardır. İstifadə edilən saç şampunlarının seçimi zamanı da ehtiyatlı olmaq məsləhət görülür. Çünki tərkibində kimyəvi maddələr olan məhsullar da saç köklərini zədələyə bilər. Bu istiqamətdə həyata keçirilən əməliyyatlar uğurlu nəticələr verib. Süni saç əkdirmək prosesi gələcəkdə insan orqanizmi üçün ciddi fəsadlar da törədə bilər. Saç əkdirməzdən öncə ciddi müayinədən keçmək, saç tökülməsinin səbəbini dəqiqləşdirmək və həkim nəzarəti altında prosedurları reallaşdırmaq məsləhət görülür”.
Sevinc