Kalsiumun yeni bir faydalı xüsusiyyəti kəşf edildi

21:18 / 16.10.2024
198

Yaponiyanın Kyuşu Universitetinin alimləri aşkar ediblər ki, kalsium orqanizmin müdafiə toxumalarından ölü hüceyrələrin çıxarılması prosesində əsas rol oynayır, immun sisteminin effektivliyini artırır. 

HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "Current Biology" jurnalında dərc olunub.

Tədqiqatçılar aydınlaşdırıblar ki, kalsium ionlarının səviyyəsi bədənin və daxili orqanların səthində qoruyucu təbəqə əmələ gətirən epitel toxumalarından apoptotik hüceyrələrin effektiv şəkildə çıxarılması üçün kritik əhəmiyyətə malikdir.

Alimlər genetik cəhətdən dəyişdirilmiş epitel toxuması mədəniyyətlərindən və müasir görüntüləmə üsullarından istifadə edərək bir hüceyrənin öldüyü zaman qonşu hüceyrələrdə kalsium səviyyəsinin əhəmiyyətli dərəcədə artdığını aşkar ediblər. Xüsusilə çökən hüceyrəyə bitişik membranların sahələrində artır.

Sonrakı araşdırmalar göstərib ki, hüceyrələrdə kalsium səviyyəsini tənzimləyən zülallar olan IP3 reseptorları bu prosesdə mühüm rol oynayır. Bu reseptorların bloklanması və ya müvafiq genlərin silinməsi apoptotik hüceyrələrin xaric edilməsinin (aradan çıxarılmasının) tamamilə qarşısını alır. Xüsusilə əhəmiyyətli olan, hüceyrələr arasında güclü əlaqələri təmin edən strukturlar olan desmosomların yaxınlığında yerləşən IP3 reseptorları olub.

Alimlərin fikrincə, desmosomların yaxınlığında IP3 reseptorlarının aktivləşdirilməsi hüceyrə formasının dəyişməsini və hərəkətini təşviq edən zülallar qrupunun aktomiozin kompleksinin büzülməsini stimullaşdırmaq üçün lazımdır. Bu hərəkət disfunksiyalı hüceyrələrin vaxtında öz-özünə aradan qaldırılması üçün lazımdır.

Tədqiqatçılar qeyd ediblər ki, immun sisteminin normal fəaliyyəti üçün arzuolunmaz hüceyrələrdən effektiv şəkildə xilas olmaq vacibdir. Əsərin müəllifləri əlavə edib ki, onların kəşfi gələcəkdə müxtəlif xəstəliklərin, o cümlədən xərçəngin müalicəsində yeni yanaşmaların inkişafına töhfə verə bilər.

Samir

0