Ölkədə yayılmış virus nədir? - Həkim açıqladı

SAĞLAMLIQ
20:17 / 16.10.2024
274

Son günlər havaların qəfil soyuması insanlar və xüsusən də azyaşlılar arasında kəskin virus infeksiyasının yayılması çoxalıb. Hətta bəzi valideynlərin uşaqların ağırlaşmalar həkimə müraciət etdiyini deyib. 

Maraqlıdır, hazırda yayılan virus nədir? 

Bu barədə Hit.az-a açıqlama verən terapevt Abbas Bağırov deyib ki, hazırda ölkədə yayılmış kəskin respirator virus infeksiyaları fəsli xarakter daşıyır:

“Havaların qəfil soyuması ilə böyüklərdə və xüsusən uşaqlarda immunitet sistemi zəifləyir. Buna görə hər il müşahidə edilən kimi payız aylarında kəskin respirator viruslar yayılır. Bu virusdan qorunmanın xüsusi bir tərəfi yoxdur. Digər viruslar kimi bu infeksiya da hava-damcı yolu ilə keçir. Hər kəs çöldən evə gələrkən əl gigiyenasına fikir verməlidir. Ən önəmli qorunma vasitəsi ilə peyvənddir. Qeyd edim ki, yalnız vaxtında edilən peyvənd həmin şəxsi xoşagəlməz fəsadlardan qoruyur”.

Murad

0