"Spirtli içki ilə birlikdə dərmanın bir dozası belə ölümcül nəticələr üçün kifayətdir"

SAĞLAMLIQ
18:10 / 17.10.2024
201

Ölkəmizdə spirtli içki içənlərin sayı az deyil.

Müalicə alanların əksəriyyəti dərman qəbul etdiyi spirtli içki içə bilmədiyini deyir.

Maraqlıdır, müalicə müddətində spirtli içki qəbul edilə bilərmi? 

Həkim Pərvanəı Mustafayeva Hit.az-a deyib ki, xəstə olanda  spirtli içkilərdən imtina etmək daha yaxşıdır:

“Spirtli içki ilə birlikdə dərmanın bir dozası belə ölümcül nəticələr üçün kifayətdir. Başı ağrıyan insan "parasetamol" qəbul edir, sonra bir rumka hər hansı alkoqollu içki içir. Bəziləri üçün hətta bu qədəri kifayətdir ki, qaraciyər fəaliyyətini dayandırsın. Ümumiyyətlə, spirtli içkilərlə dərman qəbulu yolverilməzdir. Tədqiqatlar dərman vasitələrinin alkoqolla birlikdə daha tez həll olunduğunu göstərir. Xüsusilə antidepressantlar, analgetiklər və qızdırmasalıcılarla qəbul zamanı buna ciddi fikir verilməlidir”.

Sevinc

0