Hit.az “Şəfalı bitkilər” rubrikasında məşhur kətan toxumu haqqında məlumat verir.
“Kətan toxumu son dövrlər ən çox arıqlamada kömək edən vasitə kimi istifadə edilir”.
Bu sözləri türkə çarəçi Seymur Maqsudov Hit.az-a bildirib.
O qeyd edib ki, gündəlik 30-40 qram kətan toxumu yeyilməlidir:
“Kətan toxumu ən çox mədə-bağırsaq üçün vacibdir. Onun tərkibində müsilaj var. Bu suda həll olunan və bağırsaq yolu üçün olduqca faydalı lifdir. Buna görə də, hər bir insan gün ərzində 30-40 qram kətan toxumunda olduğu kimi lif qəbul etməlidir. Daha sonra gözəl saçlara, sağlam dəriyə, dırnaqlara sahib olmaq istəyirsinizsə, gündə 2 qaşıq kətan toxumu və ya 1 qaşıq kətan yağı yeməlisiniz. Kətan toxumu, eyni zamanda, çəki azalmasında köməklik edir. İnsanı uzun müddət tox saxlayır. Arıqlamaq üçün gün ərzində salatlarınızın, yeməyinizin içinə 1 qaşıq üyüdülmüş kətan toxumu qatın.
Bunlarla yanaşı, kətan toxumu qluten ehtiva etmir, xolestrolu aşağı salır, menopauza girən qadınlar üçün çox faydalıdır. Bir sözlə, hər kəsə kətan toxumu istehlak etməyi tövsiyə edirəm”.
Murad