Artıq bir neçə ildir ki, ölkəmizdə elektron saatdan istifadə aktuallaşıb.
Bir çox məşhur saat markaları , xüsusi parametrləri olan smart saatlar satışa buraxırlar.
Smart saatların hamısında əsas özəllik isə ürək döyüntüsünü ölçməkdir.
Maraqlıdır, smart saatlar ürək döyüntüsünü necə ölçür?
Bu barədə Hit.az-a açıqlama verən texnologiya üzrə mütəxəssis Aydın Qarayev deyib ki, smart saatlarda ürək döyüntüsünü ölçmək üçün xüsusi texnologiyadan istifadə edirlər:
“Bu texnologiya “fotopletismoqrafiya” adlanır. Bu texnologiya dəri altındakı qan axınını izləyir. Saatın yaşıl LED işıqları damarlardan əks olunur. Ürək döyüntüsü zamanı damarlarda daha çox qan olur, bu işığın əks olunma miqdarını dəyişir. Sensorlar bu dəyişikliyə əsasən döyüntüləri hesablayır”.
Murad