Xaricdə bağlanan nikah öz ölkəmizdə pozula bilər?

SAĞLAMLIQ
18:51 / 17.10.2024
204

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.

Başqa ölkədə nikaha daxil olduqdan sonra öz ölkənə qayıtdığın zaman orada boşanmaq mümkündür?

Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, nikah başqa ölkədə pozula bilər:

“Ailə Məcəlləsinin 150-ci maddəsinə əsasən, Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan vətəndaşı xaricdə yaşayan əri və ya arvadı ilə bağladığı nikahı onun vətəndaşlığından asılı olmayaraq,  Azərbaycan Respublikasının məhkəmələrində poza bilər. Nikahın Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində nikahın pozulmasına milli qanunvericiliklə yol verilirsə, həmin nikah Azərbaycanın diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində pozula bilər”. 

Murad
 

0