Hit.az “Şəfalı bitkilər” rubrikasında kartof qabığı çayı haqqında məlumat verir.
“Kartof qabığını dəmləyib içmək insanları bir çox xəstəliklərdən qoruyur”.
Bu sözləri türkə çarəçi Seymur Maqsudov Hit.az-a bildirib.
O qeyd edib ki, kartof qabığı onun özündən daha çox faydalıdır:
“Çox adam bunun faydalarından xəbərsizdir. Amma kartof qabığı qan dövranından tutmuş, xolesterinə qədər bir çox problemləri aradan qaldırır. Kartofu soyan zaman onun qabaqlarını zibilliyə tullamayın. Qabıqdan hazırlanan içki ilə özünüzü ev üsulu sağaldın.
Kartof qabığı çayı belə hazırlanır:
Qabıqları yaxşıca yuyun, daha sonra 1 litr yarım suyu qazana boşaldın. Qabıqları 20 dəqiqə həmin suda qaynadın. Qabıqlar qaynadıqdan sonra onu içə bilərsiniz. Amma qeyd etmək lazımdır ki, bu içki gün ərzində 2 stəkandan artıq içilməsi qadağandır.
Kartof qabığı çayı şəkərli diabet, ürək problemlərindən əziyyət çəkən insanların istifadə etməsi tövsiyə edilir. Bu çay, sidik vasitəsilə bədəninizdəki toksinlərin atılmasında təsirli olduğu üçün böyrək daşının əmələ gəlməsinin qarşısını alacaq”.
Murad