İnsanların başı niyə ağrıyır? - Həkim rəyi

SAĞLAMLIQ
20:15 / 18.10.2024
211

Baş ağrısı gündəlik həyatımızda demək olar ki, hər gün rastlaşdığımız ağrı növüdür. Elə insan yoxdur ki, həyatı boyu baş ağrısı ilə qarşılaşmasın. Avropa mütəxəssislərinin apardığı araşdırmaya görə nevroloqa müraciət edənlərin 2/3-i baş ağrıları ilə gəlir. 

Maraqlıdır, bəs, baş niyə ağrıyır? Ağrının bölgəyə görə mənası varmı?

Bu barədə Hit.az-a açıqlama verən nevroloq Yusif Quliyev deyib ki, baş ağrısının müxtəlif mənaları var:

“Əgər insanın alın nahiyəsi ağrıyırsa, onun yuxuya ehtiyacı olduğunu göstərir. Daha sonra, əgər boyun nahiyəsi ağrıyırsa, deməli, böyük bir stress yaşayır həmin insan. Baş üst hissəsi ağrıyırsa, deməli, suya və yeməyə ehtiyac var. Və başda üz nahiyə ağrıyırsa, fiziki məşqə ehtiyac olduğunu göstərir. Gicgahlar ağrıyır və baş sıxılırsa, telefonu kənara qoyub, isti duş qəbul etmək lazımdır”.

Murad

0