Bu günlərdə Quba Regional Perinatal Mərkəzində bir dişlə doğulan oğlan uşağı dünyaya gəlib.
Qeyd edək ki, dişlə uşağın dünyaya gəlməsi nadir hallardan biri sayılır.
Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, uşaqların bir və ya bir neçə dişlə doğulması nadir hallardan biridir: “
Adətən uşaqlarda ilk dişlər 6 ayından sonra çıxmağa başlayır. Ancaq bəzən ilk diş üçüncü ayda tez ortaya çıxarkən, bəzən də on ikinci ay, hətta sonrasına qədər uzana bilər. Dişlərin çıxması adətən irsi xarakter daşıya bilər, yəni valideynlərin dişləri erkəndən çıxıbsa, körpədə də eyni şəkildə olması təbii qarşılanmalıdır. Uşaqlar dişlə doğulurlarsa, bu dişlər natal və neonatal dişlər adlanır. Bu hal elə də ciddi problemə, xəstəliyə səbəb olmur”.
Sevinc