Ölkəmizdə insult halları niyə sürətlə artır?

SAĞLAMLIQ
21:16 / 18.10.2024
331

Son illərdə ölkəmizdə insult halları sürətlə artır.

Dünya səhiyyə təşkilatının məlumatına görə Azərbaycan insult nəticəsində ölüm hallarının yüksək olduğu ölkələr arasındadı.

Ümumilikdə, ölkədə hər il təxminən 11000 dən çox insan insult keçirir. 

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, qeydə alınan ölüm hallarının böyük əksəriyyətinə infarktla yanaşı, insult da səbəb olur:

“İnsan orqanizmi üçün bəlli bir standartlarda qida rasionu, fiziki hərəkət və balans zərurdir. Lakin təəssüflər olsun ki, biz bu gün demək olar ki, avtomatlaşdırılmış sistemdə yaşayırıq. Buna görə də əhali orqanizmin qəbul etdiyi kolori ilə sərf etdiyi kalori arasındakı balansı qoruya bilmir. Onsuz da hazırda qidaların tərkibindəki dəyişikliklər orqanizmə yetəri qədər ziyan vurur. Bununla yanaşı, insanlar da çoxlu qida qəbul edərək , passiv və oturaq həyat tərzi keçirirlər. Bu da bir sıra xəstəliklərin yaranmasına şərait yaradır. Piylənmə şəkər xəstəliyi, yüksək təzyiq, siqaret istifadəsi müsbət xolesterolun aşağı olması, gündəlik zəruri idman hərəkətlərinin edilməməsi stress, əsəb, ürək-damar xəstəliklərinə səbəb ola bilir. İnsanlar çox tənbəlləşib. Kalori qəbulu və sərfiyatı arasındakı disbalans isə maddələr mübadiləsi məhsullarının kirəc şəklində damarların divarlarına çökərək, onun daralmasına səbəb olur. Bax, bu isə vaxtından əvvəl ürək və beyin əzələlərində işemik xəstəliklərin yaranmasına gətirib çıxarır. Çünki ürək və beyin oksigenə olduqca həssas orqanlardır. Bununla yanaşı, bir sıra başqa xəstəliklər də ani ölümlərə gətirib çıxara bilir”.

Sevinc

0