Hər dərdə dəva deyilən qarğıdalı saçağının faydaları nələrdir?

SAĞLAMLIQ
20:31 / 21.10.2024
201

Hit.az “Şəfalı bitkilər” rubrikasında qarğıdalı saçağının haqqında məlumat verir.

“Qarğıdalı saçağından lap qədim zamanlardan bəri istifadə olunur”.

Bu sözləri türkə çarəçi Seymur Maqsudov Hit.az-a bildirib.

O qeyd edib ki, ən əsas məsələ sidik və odqovucu olmasıdır:

“Qarğıdalı saçağını dəmləyib içməyin faydaları çoxdur. Hipertoniya, qastrit, vərəm, piylənmə, böyrək və sidik yollarının iltihabı hallarında istifadə edilir. Eyni zamanda, stresslə mübarizədə qarğıdalı saçağı ən yaxşı vasitədir. Şəkərli diabet xəstəliyində də önəmli rol oynayır. 

Qarğıdalı saçağını dəmləmək üçün 5 xörək qaşığı saçağın üzərinə 400 qram su əlavə edilir. 30 dəqiqə aşağı xodda qaynadılır. Daha sonra, 3 saat dəmə qoyun. Dəmləndikdən sonra süzülür və gün ərzində 30 qram olmaqla 3 dəfə hər yeməkdən öncə içilir. Piylənmə zamanı dəmləməni hər 3 saatdan bir 50 qram içmək lazımdır”. 

Murad

0