“Yaddaşımız heç nəyi unutmur!” - İDDİA

SAĞLAMLIQ
15:15 / 21.10.2024
288

Son günlər sosial şəbəkələrdə bir xanım yaddaşımızın heç zaman pozulmadığını, hətta ana bətnindəkiləri belə xatırladığımızı iddia edib.

O bildirib ki, bəzi insanlar (demesnsiya, azhemier) keçmişdəki böyük bir günahı unutmağa çalışdıqları üçün yaddaş pozğunluğu yaşayırlar. 

Maraqlıdır, bu iddia nə dərəcədə doğrudur? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən nevroloq Namiq Sultanov bu iddaların hamısını əsassız hesab edib:

“Ana bətnində olduğumuz zaman hələ uşağın beyni formalaşma dövründədir. Təqribən formalaşma dövründə beyində 100 min sinaps və yaxud neyron əlaqəsi var. Yaddaşın formalaşmasın və istifadəsində cavabdeh olan “Hippocampus” isə çox balaca, nöqtə boydadır. Yəni , bu yaddaşı yaratmaq, fokuslamaq, onu saxlamaq funksiyasına sahib deyil. Uşaqlarda yaddaş dünyaya gələndən etibarən formalaşmağa başlayır. Amma dünyaya gələn uşaqlar gördükləri hər şeyi yaddaşında saxlamır. Gördükləri hər şey sadəcə olaraq alt şüura gedir. Əgər o alt şüura getməsə idi , biz dəli olardıq. Çünki hər bir şey ağlımızda qalardı. Uzun sözün qısası, bu iddia tamamilə əsassızdır”. 

Murad


 

0