Bir qisim insanların iş həyatı kabinetdə oturmaqdan ibarətdir.
Yəni oturaq vəziyyətdə işləyənlərin sayı az deyil.
Ancaq həkimlər bildirir ki, davamlı opturaq iş sağlamlığa ziyandır.
Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, hər gün 10 saat oturmaq ömrü 8 il azaldır. Oturaq iş rejimi olanların ürək-damar sistemində və fəqərə sütununda ciddi problemlərə səbəb olur:
“Uzun müddət oturduqda fəqərələr arasındakı disklər çökür , bu zaman onurğada olan disklərin qidalanması zəifləyir. Fəqərələrarası disk yırtıqları protuziyalar, qabarmalar və s. kimi ciddi problemlərə aparıb çıxarır. Gələcəkdə bu kimi problemlə qarşılaşmamaq üçün çalışanlar iş otağında müəyyən sadə hərəkətlər – yanlara, önə doğru əyilmə, oturub-qalxma hərəkəti etməlidir”.
Sevinc