Tez-tez üşümək nədən xəbər verir?

SAĞLAMLIQ
20:39 / 22.10.2024
240

Bəzi insanlarda tez-tez üşümək kimi sağlamlıq problemi var.  

Çox vaxt “soyuqdandır” deyib, buna ciddi yanaşmırıq.

Ancaq həkimlər isə bu cür düşünmür.

Həkim Pərvanə Mustafayeva Hit.az-a şərhində deyib ki, üşümənin səbəbləri müxtəlifdir:

 “Qalxanvari vəzi xəstəlikləri də üşümənin əsas səbəblərindəndir. Bu kiçik vəz orqanizmdə çox vacib funksiyaları icra edir. Həmin funksiyalardan biri istiliyin mübadiləsidir. Qalxanvari vəzinin fəaliyyətinin zəiflənməsi soyuğa davamsızlığa səbəb olur. Arıqlamaq üçün tutulan pəhrizlər, natamam qidalanma da insanın tez-tez üşüməsinə imkan yaradır. Bu vəziyyətdə insan qida ilə az kalori alır. Bu kalorilər orqanizmi qızdırmaq üçün kifayət etmir və nəticədə insan tez-tez üşüyür. Qan dövranı pozulmaları da vacib səbəblərdən biridir. Həddindən artıq tərləməsi olan, D vitamini aşağı olan və yaxud hər hansı bir səbəbdən aşırı dərəcədə tərləyənlərin də əl və ayaqlarında üşümə hissi olur. Yaxşı olar ki, mütamadi üşüyən insanlar həkimə müraciət etsin”.

Sevinc

0