Təndir çörəyi isti-isti yeyilməlidir?

SAĞLAMLIQ
19:04 / 23.10.2024
245

Hər kəs təzə təndirdən çıxmış, yenicə bişmiş, təzə gəlmiş çörək almağa çalışır və evinə isti çörək aparmaq istəyir.

Ümumiyyətlə, Azərbaycan əhalisi isti çörək istehlak etməyi sevir. Ancaq həkim və mütəxəssislər bunun düzgün olmadığını hesab edir.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, isti çörək bir çox insanlar üçün zərərlidir:

“Mədə-bağırsaq orqanları xəstəlikləri, qastrit, öd. qaraciyər, mədəaltı vəz problemi olanlar təzə bişmiş isti çörəyi yeməsələr yaxşıdır. Təzə bişmiş çörək və un məmulatı gec və çətin həzm olunur, yüksək turşuluq yaradır, belə qida mədə xorası, yara, qastrit və bağırsaq xoralarını daha da kəskinləşdirir. O da bəllidir ki, təzə çörəkdən insan doya bilmir, daha çox yemək istəyir, iştahı açır, sanki asılılıq yaradır. Bu hal isə artıq çəkiyə, piylənməyə səbəb olur. Yaxşı olar ki, çörək tam şəkildə soyuyandan istehlak edilsin”.

Sevinc
 

0